Bakıda yol polisinin dəhşətli qəzası - FOTOLAR

10:26 | 10.03.2014
Bakıda yol polisinin dəhşətli qəzası - FOTOLAR

Bakıda yol polisinin dəhşətli qəzası - FOTOLAR

Ötən gecə Bakının mərkəzində 1 nəfərin ölümü, 1 nəfərin isə ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.ANN.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, paytaxtın Səbail rayonu ərazisində, Azadlıq prospektinin Xaqani küçəsi ilə kəsişməsində yol-patrul xidməti avtomobili və VAZ-2107 markalı maşın toqquşub. Qəza nəticəsində VAZ-2107-nin sürücüsü, 25 yaşlı Otorod Canpolad Fəxrəddin oğlu ağır xəsarət alıb, avtomobildəki sərnişin isə dünyasını dəyişib. Qəza nəticəsində həlak olanın şəxsiyyətini dəqiqləşdirmək hələlik mümkün olmayıb. Onun 24-25 yaşlı kişi olduğu bildirilir.İlkin məlumata görə, yol-patrul xidmətinin avtomobili Xaqani küçəsi ilə, taksi fəaliyyəti göstərən VAZ-2107 isə Azadlıq prospekti ilə hərəkət edirmiş. Maşınlardan biri işıqforun qadağanedici işığında hərəkətini davam etdirib və küçələrin kəsişməsində toqquşma olub. Yol-patrul xidmətinin əməkdaşı idarəetməni itirib və onun idarə etdiyi avtomobil səkiyə dırmaşıb. Yol polisi əməkdaşları arasında xəsarət alan yoxdur.Faktla bağlı araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM