Bakıda zavodda faciə: Ölən var

23:10 | 18.07.2014
Bakıda zavodda faciə: Ölən var

Bakıda zavodda faciə: Ölən var

Fəhlələr müvazinətlərini saxlaya bilməyiblər.

“Qaradağ Metal Konstruksiya” zavodunda faciəvi hadisə baş verib. 

Axar.az-ın əldə etdiyi məlumata görə, iki nəfər fəhlə tikinti maşınının səbətində zavodun havalandırma sistemini tənzimləyən zaman maşını işə salınıb və yerindən tərpənib. Bu zaman müvazinətini saxlaya bilməyən hər iki fəhlə səbətdən yıxılıb. Fəhlələrdən biri hadisə yerindəcə keçinib, digəri isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Qaradağ Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerindədirlər. Araşdırma aparılır. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM