Bakıda özünü qatarın altına atan gənc BDU-nun tələbəsidir - YENİLƏNİB

15:24 | 06.03.2014
Bakıda özünü qatarın altına atan gənc BDU-nun tələbəsidir - YENİLƏNİB

Bakıda özünü qatarın altına atan gənc BDU-nun tələbəsidir - YENİLƏNİB

15:24Martın 5-də özünü metro qatarının altına atan şəxs BDU-nun tələbəsi olduğu məlum olub. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan APA-ya verilən məlumata görə, ötən günü özünü “Ulduz” metro stansiyasında qatarın altına atan şəxs Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi, 1996-cı il təvəllüdlü Dövran Həsənovdur. Hazırda D. Həsənov reanimasiya şöbəsində müalicə alır, vəziyyəti ağır qiymətləndirilir. Qeyd edək ki, hadisə ötən gün metronun “Ulduz” stansiyasında qeydə alınıb. İlkin məlumatda bildirilirdi ki, 20-25 yaşlı oğlan özünü qatarın altına atıb. Hadisə yerində olan sərnişinlərin köməkliyi ilə təcilli tibbi yardım stansiyasının həkimlərinə təhvil verilən yaralı xəstəxanaya aparılıb. Onun sağ qolu amputasiya olunub. Bakı Metropolitenindən APA-ya bildirilib ki, “Ulduz” stansiyasında bir nəfərin özünü “Nərimanov” stansiyasından gələn qatarın altına atması səbəbindən elektrik cərəyanı ayrılıb, qatarların fəaliyyətində fasilə yaranıb. ------ 14:11Martın 5-də Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatarın altında qalan şəxsin kimliyi məlum olub. Lent.az-ın məlumatına görə, Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilən yaralının adının Dövran olduğu məlum olub. Xəstəxananın reanimasiya şöbəsində müalicə olunan gəncin üzərindən hər hansı sənəd tapılmayıb, bu vaxtadək onun yaxınlarından da bir xəbər çıxmayıb. Qeyd edək ki, gənc özünü qatarın altına intihar məqsədi ilə atması və ya bədbəxt hadisə ilə üzləşməsi də hələlik dəqiqləşməyib.------12:15Ötən gün Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatarın altına yıxılan gəncin kimliyi hələ də müəyyən olmayıb. Hazırda sağ qolu amputasiya olunan 25 yaşlı gənc Elmi-Tədqiqat Ortopediya Travmotologiya İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxananın şöbə müdiri Eyvaz Hacıyevun ANS PRESS-ə verdiyi məlumata görə, xəstə hazırda süni nəfəs aparatına qoşulub.“Xəstə daxil olarkən vəziyyəti kritik həddə idi. Onun sağ qolu bazu hissədən amputasiya edilib. Sifətində olan açıq yaralar tikilib. Xəstə özünə gəlməyib. Hazırda onun həyatı üçün ciddi təhlükə var”.Onun sözlərinə görə, hələlik xəstənin kimliyi məlum olmayıb. Onun üstündə hər hansı sənəd də olmayıb. Hazırda hüquq-mühafizə orqanları gəncin kimliyinin müəyyən olunması və yaxınlarının tapılması istiqamətində araşdırmalar aparır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM