Bakıdakı bərə terminalının köçürüləcəyi vaxt açıqlandı

20:47 | 28.01.2014
Bakıdakı bərə terminalının köçürüləcəyi vaxt açıqlandı

Bakıdakı bərə terminalının köçürüləcəyi vaxt açıqlandı

Nəqliyyat Nazirliyi 2014-cü il iyunun sonunda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalının Ələt qəsəbəsindəki yeni limana köçürülməsi prosesinə başlamağı planlaşdırır. Trend xəbər verir ki, bunu çərşənbə axşamı jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.Onun sözlərinə görə, bərə terminalının tikinti işləri aktiv templə davam edir ki, bu da terminalın nəzərdə tutulan müddətdə işə başlamasına imkan verəcək:“Bu da öz növbəsində bərə terminalının paytaxtın mərkəzindən çıxarılması üçün imkan yaradacaq”.M.Pənahov bildirib ki, həmçinin konteyner və quru yük terminalının yaradılması çərçivəsində aktiv işlər aparılır:“Perspektivdə konteyner yüklərinin şərqdən daşınmasını təmin etmək məqsədilə müasir tələblərə uyğun konteyner terminalının yaradılması planlaşdırılır”.Qeyd edək ki, yeni beynəlxalq limanın tikintisi 2010-cu ilin noyabr ayında başlayıb. Liman ildə 11,6 milyon ton yük qəbul edə biləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM