Bakıdakı polis bölməsində intihara cəhd

12:27 | 22.01.2014
Bakıdakı polis bölməsində intihara cəhd

Bakıdakı polis bölməsində intihara cəhd

Bakı sakini polis bölməsində özünü bıçaqlayıb.Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 8-ci Polis Bölməsində qeydə alınıb. Rayon sakini İlqar Nazim oğlu Aslanov bölməyə gələrək qonşusu, 1988-ci il təvəllüdlü Anar Nadir oğlu Rəsulov tərəfindən döyüldüyünü bildirib. Baş verən hadisə ilə bağlı A. Rəsulov bölməyə izahat verməyə çağırılıb. A. Rəsulov heç bir səbəb olmadan bölmənin giriş zalında özünə bıçaqla xəsarət yetirib. Nəticədə A. Rəsulov bədən xəsarəti ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb