Bakıdakı tıxacların əsas səbəbi açıqlandı

10:24 | 11.11.2014
Bakıdakı tıxacların əsas səbəbi açıqlandı

Bakıdakı tıxacların əsas səbəbi açıqlandı

Bakı şəhəri ərazisində əsasən iş günləri səhər saatlarında avotomobil yollarında müşahidə olunan tıxacların yaranmasının əsas səbəbi paytaxtda alternativ küçələrin olmaması ilə bağlıdır. 

ANN.Az  "Report"a  istinadən xəbər verir ki, bu barədə məlumat Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilib. "Hazırda 3 istiqamətdə olmaqla, Bakı-Sumqayıt şosesindən paytaxta doğru, Qələbə dairəsindən bütün istiqamətlərə doğru və "Koroğlu" metro stansiyasından aeroport istiqamətində yollarda sıxlıq müşahidə olunur", - deyə NİİM-dən bildirilib. NİİM-dən qeyd olunub ki, saat 10:00-dan sonra yollardakı vəziyyət nisbətən yaxşılaşır: "Tıxaclara əsas səbəb isə hər üç istiqamətdə işıqforların azlığı və alternativ yolların olmamasıdır".

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM