“Bakıelektrikşəbəkə”də boş qalmış I müavin postuna yeni təyinat

19:42 | 28.02.2014
“Bakıelektrikşəbəkə”də boş qalmış I müavin postuna yeni təyinat

“Bakıelektrikşəbəkə”də boş qalmış I müavin postuna yeni təyinat

Prezidentin sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə sədr gətirilən Zaur Hüseynovun “Bakıelektrikşəbəkə”dəki boş qalan vəzifəsinə yeni təyinat olub.“Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin Modern.az saytına verdiyi məlumata görə, artıq “Bakıelektrikşəbəkə” ASC-də İdarə Heyəti sədrinin I müavini vəzifəsini Sadıq Sadıqov tutur.ASC sözçüsünün dediyinə görə, Sadıq Sadıqov I müavin postuna gətirilməzdən öncə texniki direktor vəzifəsində çalışıb. “Sadıq Sadıqov artıq birinci müavin kimi öz işinə başlayıb. “Bakıelektrikşəbəkə” Açıq Səhimdar Cəmiyyəti olduğundan vəzifəyə təyinat da daxili əmrlə rəhbərlik tərəfindən aparılır”, – deyə Tanrıverdi Mustafayev bildirib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM