Ötən gün Şəhər və Regional Planlaşdırma Cəmiyyətinin rəsmi yutub kanalında şəhərin Baş Planını əks etdirən görüntülər yayılıb. Görüntülərdən aydın olur ki, paytaxtda 2040-cı ilə qədər 54 kilometrlik tramvay xətti çəkiləcək və Bakı Metropoliteninin stansiyalarının sayı 47-yə çatdırılacaq. Həmçinin Böyükşor gölünün ətrafında istirahət zonası salınacaq.
Baş Planda paytaxtın 213500 hektarlıq bütün inzibati ərazisi əhatə olunub. Bundan başqa, sənədə əsasən ekoloji durumun yaxşılaşdırılması istiqamətində çirklənmiş ərazilərin sağlamlaşdırılması, yaşıllıqların artırılması, əhalinin mobilliyini təmin edən çoxnövlü nəqliyyat sisteminin yaradılması üzrə təklif edilən tranzit qovşaqları, küçə-yol şəbəkəsi və "yaşıl hibrid dəhlizlər” üzrə həllər, şəhərin tarixi simasının qorunub saxlanılması məqsədilə xüsusi mühafizə zonasının yaradılması kimi tədbirlərin görülməsi planlaşdırılıb.
Həmin videogörüntüləri təqdim edirik:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !