"Vurğulamaq istərdim ki, mənimlə Azərbaycan prezidenti arasında Brüsseldə keçirilən görüşlər zamanı Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün mahiyyətcə yol xəritəsi hazırlanıb. Qranadada imzalanan dördtərəfli bəyanatda da öz əksini tapıb”, - Paşinyan Aİ-nin vasitəçiliyi ilə bu barədə Litva Nazirlər Kabinetinin rəhbəri İnqrida Simonyte ilə birgə brifinq zamanı bildirib.
Ermənistan hökumətinin başçısı qeyd edib ki, tərəflərin bu yol xəritəsinə sadiqliyi sülh prosesinin sürətləndirilməsini təmin edəcək.
Oktyabrın 10-da Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlaması üçün tarixi şərait yaranıb.
Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsi üçün razılığı olduğunu qeyd edib.
Bundan əvvəl Rusiya prezidenti Putin də açıqlamasında bildirib ki, Moskva iki ölkənin sülh müqaviləsinin imzalanması üçün dəsətək göstərməyə hazırdır.
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanata əsasən dayandırılıb. Bundan sonra Azərbaycan və Ermənistanın rəhbər şəxsləri sülh imzalanması istiqamətində bir neçə görüşlər həyata keçirib.
Azərbaycan tərəfi sonuncu dəfə sülh sənədini Ermənistana göndərib. Ermənistan tərəfi həmin sənəd üzərində işlədiyini vurğulayıb.
Sentyabrın 28-də Qarabağın separatçı rəhbəri Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən qondarma rejimin ləğv olunması ilə bağlı qərar qəbul edib.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !