Bakı metrosuna nəzarət gücləndirildi

18:03 | 26.11.2015
Bakı metrosuna nəzarət gücləndirildi

Bakı metrosuna nəzarət gücləndirildi

Noyabrın 26-da günorta saatlarında Nardaranda hüquq-mühafizə orqanları ilə "Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri Hacı Taleh Bağırzadə və tərəfdarları arasında yaşanan insidentdən sonra  Bakı metrosunda stansiyalara giriş-çıxışa nəzarətin gücləndirildiyi bildirilir.

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az saytına açıqlamasında hazırda metroda olduğunu bildirib:

"Hazırda metrodayam. "28 May” stansiyasından "Həzi Asalanov”a gedirəm. Heç bir sıxlıq müşahidə edilmir. Nəzarət də əvvəlki qaydada aparılır. Sərnişinlərin təhlükəsizliyi tam təmin edilib. Narahatlıq üçün heç bir əsas yoxdur”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM