Bakı metrosunda gənc relslərin üstünə yıxıldı

15:04 | 28.09.2015
Bakı metrosunda gənc relslərin üstünə yıxıldı

Bakı metrosunda gənc relslərin üstünə yıxıldı

Bu gün saat 12:50 radələrində Bakı Metropliteninin Nəriman Nərimanov stansiyasında sərnişinlərdən birinin halı qəfil pisləşib.

 Nəticədə, huşunu itirən 1987-ci il təvəllüdlü Oqtay Paşayev qatar olmayan relslərin üstünə yıxılıb. 

Bunu "Report"a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. 

Həkim müdaxiləsindən sonra özünə gələn sərnişin başında spazma problemi olduğunu bildirib: "Metro stansiyasında özünü pis hiss edib və müvazinətini itirərək yıxılıb". 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM