Bakı metrosunda növbəti panika

20:10 | 02.12.2015
Bakı metrosunda növbəti panika

Bakı metrosunda növbəti panika

Bakı metrosunda növbəti dəfə problem yaşanıb. 

ANN.Az-ın ANS-ə istinadən verdiyi məlumata görə, "İçərişəhər”dən gələn qatar "Gənclik” stansiyasına çatmamış tuneldə qalıb.

Bildirilir ki, qatar tuneldə 10 dəqiqə yaxın qalıb. Daha sonra isə sərnişinlər "Gənclik” stansiyasında təxliyyə edilib. Sərnişinlərdən bəzilərinin halı pisləşib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev hadisə ilə bağlı bildirib ki, qatarın tuneldə qalmasına səbəb həmin qatarda nasazlığın yaranmasıdır.

""İçərişəhər”dən "Həzi Aslanov”a hərəkət edən 3 saylı qatarda problem yaranıb. Bun səbəbdən sərnişinlər təxliyyə edilib və qatar depoya göndərilib. Sərnişinlərin daşınması üçün növbəti qatar işə salınıb”, deyə N. Paşayev bildirdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM