Bakı metrosunda soyğunçuluq

12:06 | 03.11.2015
Bakı metrosunda soyğunçuluq

Bakı metrosunda soyğunçuluq

Bakı Metropolitenində vətəndaşı soyan şəxs tutulub.

Bakı şəhəri Baş Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, oktyabrın 29-da metronun 28 May stansiyasında Göyçay rayon sakini, 1996-cı il təvəllüdlü Kamran Əsgərlinin qol saatını soyğunçuluq yolu ilə talayıblar.

Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Rüstəm Rüstəmov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM