Bakı münaqişələrdən sonra sülhün tərəfdarıdır - Bayramov

15:31 | 19.05.2023
Bakı münaqişələrdən sonra sülhün tərəfdarıdır - Bayramov

Bakı münaqişələrdən sonra sülhün tərəfdarıdır - Bayramov

Azərbaycan ardıcıl olaraq Bakı və İrəvan arasında münaqişədən sonra normallaşmanın tərəfdarıdır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov bildirib.

"Azərbaycan tərəfi ardıcıl olaraq Ermənistan və Azərbaycan arasında münaqişədən sonra normallaşma prosesini dəstəkləyir”, - o, cümə günü Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyanla danışıqların açılışında deyib.
 
Nazir Moskvadakı danışıqların məhsuldar olacağaını ümid etdiyini söyləyib və qeyd edib ki, görüşün Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə danışıqları davam etdirmək üçün yaxşı əsas olacaq.

"Təbii ki, ikitərəfli əsasda, mənə elə gəlir ki, Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi mövzularının müzakirəsini davam etdirmək üçün yaxşı fürsətdir”, - Azərbaycan XİN rəhbəri vurğulayıb.
 
Azərbaycan və Ermənistan xarici işlər nazirləri sonuncu dəfə mayın 1-də Amerikada görüşüb. Görüş nəticəsində sülh sənədi üzrə bəzi razılıqların əldə olunması təsdiqlənib.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM