Bakı parkında rəsm, tarix və ədəbiyyat - FOTOREPORTAJ

14:00 | 04.08.2016
Bakı parkında rəsm, tarix və ədəbiyyat - FOTOREPORTAJ

Bakı parkında rəsm, tarix və ədəbiyyat - FOTOREPORTAJ

Rüstəm Qasımov
 
İçərişəhərdə, balaca, çox gözəl bir arxeoloji park yerləşir, burada görkəmli Azərbaycan rəssamı və qrafiki, Azərbaycan karikatura məktəbinin əsasını qoyan Əzim Əzimzadənin büstü yerləşir. 

Arxeoloji parkın əsas məqsədi bakılıların və şəhərimizin qonaqlarının istirahətini təmin etmək, həmçinin qədim Bakının tarixi irsini nümayiş etdirməkdir. 1980 və 2010-cu illərdə parkın ərazisində arxeoloji tapıntılar aşkarlanıb. Burada tapılan müxtəlif növ əşyalar X-XIII əsrlərə aiddir və çox böyük tarixi əhəmiyyətə malikdir. 

Parkın ərazisində Əzim Əzimzadənin büstünün mövcudluğu təsadüfi deyil, rəssam məhz İçəri Şəhərdə yaşayıb yaratmışdır. Rəssamın büstünün müəllifi xalq artisti Ömər Eldarovdur. Ömər Eldarov rəssamın büstünə onun qəhrəmanlarının obrazlarını əlavə etməklə bütöv bir kompozisiya yaradıb. Karikaturaçının fırçasından çıxan əsərlər Azərbaycan karikatura məktəbinin formalaşmasında əhəmiyyətli rol oynayıb, baxmayaraq ki, Əzim Əzimzadənin rəsm təhsili olmayıb. 

1906-cı ildən etibarən o, Şərqdə ilk satirik jurnal olan "Molla Nəsrəddin"də fəaliyyət göstərməyə başlayıb, sonra isə "Məzəli", "Bic", "Kəlniyyət" kimi qəzetlərdə karikaturalar çəkməyə davam edib. 

1920-ci ildə Əzim Əzimzadənin özünün yaxından iştirakıyla onun adını dayışan ilk rəsm məktəbinin açılışı baş tutub, o, burada ömrünün axırınadək dərs deyib, 1932-37-ci illərdə isə direktor vəzifəsini tutub. 

Yeri gəlmişkən, qeyd edək ki, İçəri Şəhərdəki bu gözəl parkda həmçinin Bakının ilk açıq ictimai kitabxanalarından biri yerləşir. Parkdan hazırladığımız fotosessiyanı təqdim edirik. 

Xoş seyrlər: 
 





























www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM