Bakı Qarabağ ermənilərinin reinteqrasiyasına mane olmamağı tələb edir - Bayramov

20:25 | 24.08.2023
Bakı Qarabağ ermənilərinin reinteqrasiyasına mane olmamağı tələb edir - Bayramov

Bakı Qarabağ ermənilərinin reinteqrasiyasına mane olmamağı tələb edir - Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistandan Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasına mane olmamağı tələb edib.

"Ermənistan tərəfi reinteqrasiya prosesinə müdaxilə etməməlidir", - Bayramov cümə axşamı Belçikanın xarici işlər naziri Haja Labib ilə keçirdiyi mətbuat konfransında bildirib.
 
O, belçikalı həmkarına Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesi ilə bağlı aparılan danışıqların gedişi barədə məlumat verdiyini, Bakının bu istiqamətdə atdığı addımlardan danışdığını qeyd edib.

Bayramov əlavə edib ki, İkinci Qarabağ müharibəsindən sonra da Ermənistanın maliyyə dəstəyi ilə Azərbaycan ərazisində qanunsuz silahlı birləşmələr qalmaqdadır.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin bildirib ki, Ermənistanla sülh danışıqlarının yekun nəticəsi Bakı üçün vacibdir.

"Sülh müqaviləsi üzrə danışıqlar çoxmərhələli bir prosesdir və təkliflər də onun bir hissəsidir. Yekun nəticə Bakı üçün vacibdir”, - Bayramov deyib. 
 
O, Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın Bakıya sülh müqaviləsi ilə bağlı yeni təkliflər göndərməsi barədə bəyanatını da şərh edib.

"İrəvan, bir qayda olaraq, Bakının irəli sürdüyü təklifləri 30 gündən 60 günə qədər saxlayır, lakin şərtlər irəli sürən kimi dərhal bunu bəyan edir. Bu gün Ermənistan hətta bu təklifləri göndərdikdən 40 dəqiqə sonra bu barədə mediaya məlumat verməklə rekorda imza atıb. Bu, hansı tərəfin prosesə daha ciddi yanaşdığını və əslində kimin maraqlı olduğunu, kimin manşetlərə, siyasi bəyanatlara üstünlük verdiyini göstərir”, -  Bayramov əlavə edib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM