Bakı-Sumqayıt istiqamətində hərəkət edən sərnişin qatarı 50 dəqiqədən çox yubanmadan sonra mənzil başına yola düşüb.Bu barədə "Report”a sərnişinlər məlumat veriblər.
17:25-də Bakıdan yola çıxan qatar Xırdalan stansiyasında təxminən 50 dəqiqə dayanıb. Sərnişinlər gecikmənin səbəbi kimi elektrik təchizatında yaranan nasazlığı göstəriblər. Bu problem dəmir yolu infrastrukturunun köhnəlməsi ilə əlaqədar yaranıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !