Bakı və Abşeronda FM radioyayım gücləndiriləcək

17:34 | 07.09.2015
Bakı və Abşeronda FM radioyayım gücləndiriləcək

Bakı və Abşeronda FM radioyayım gücləndiriləcək

 Bakı Teleqüllə Kompleksinin 200 metr səviyyəsindən son nöqtəsi - 310 metr səviyyəsinədək olan metal hissəsi təmir edilərək, sintetik lüks parlaqlıq boyası ilə rənglənib. 

Bu haqda "Report"a "Teleradio” İB-dən məlumat verilib.  

Qeyd edək ki, teleqüllənin metal hissəsinin 230 m səviyyəsindən 254 m səviyyəsinədək olan hissəsində yerləşmiş I və II TV diapazonlu, 75 Om-luq köhnə antena sistemləri çıxarılıb. Əvəzində İtaliyanın "Aldena” şirkətinin istehsalı olan gücü 35 kVt-lıq yeni 8 mərtəbəli FM antena sistemi layihələndirilib. Hazırda yeni antenanın quraşdırılması işləri aparılır. Nəticədə bu ilin sonunadək, 87.50-108.00 MHs tezliyində yayımlanacaq yeni FM radio proqramlarının Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin ondan 100 km radiusda olan ərazidə keyfiyyətli qəbulu təmin ediləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM