• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Bakı-Xırdalan-Bakı istiqamətində ikinci qatar reysə buraxılacaq

Bakı-Xırdalan-Bakı istiqamətində ikinci qatar reysə buraxılacaq
09.03.2023 17:25
"Azərbaycan Dəmir Yolları’’ QSC (ADY) martın 11-dən Bakı-Xırdalan-Bakı istiqamətində qısaldılmış marşrut üzrə ikinci qatarı reysə buraxacaq. Bu barədə quruma istinadən xəbər verir.

Bununla da, sərnişin sıxlığının qatarlar üzrə bərabər paylanılması təmin ediləcək, turniketlərdə sıxlıq əhəmiyyətli dərəcədə azaldacaq.

Bundan başqa, səhmdar cəmiyyəti qatarların yolda olma vaxtlarının hərəkət sürətlərinə uyğunlaşdırılması, sərnişinlərin vaxtında mənzil başına çatdırılması, sərnişin sıxlığının qismən tənzimlənməsi üçün martın 11-dən Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlini dəyişəcək. Yenilənmiş hərəkət cədvəlini ADY-nin korporativ veb səhifəsindən (www.ady.az), Bakı Dəmiryol Vağzalından, Abşeron dairəvi dəmir yolu üzrə stansiya və dayanacaqlardan, həmçinin elektrik qatarların monitorlarından əldə etmək olar.

Hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir.

ADY sərnişindaşıma xidmətinin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər də planlaşdırır. Belə ki, 2023-2024-cü illərdə 10 ədəd Stadler FLIRT tipli sərnişin qatarının alınması Abşeron dairəvi dəmir yolu və regionlar üzrə sərnişin daşımalarının daha intensiv və keyfiyyətli təşkil olunmasına önəmli töhfə verəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 23:30
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Cəmiyyət 20:52
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 17:24
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Cəmiyyət 15:10
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Cəmiyyət 14:15
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Qazaxda minik avtomobili aşıb, ölən var
Cəmiyyət 13:39
Qazaxda minik avtomobili aşıb, ölən var
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Cəmiyyət 12:33
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Laçında yük maşını dərəyə aşıb
Cəmiyyət 10:49
Laçında yük maşını dərəyə aşıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol