Bakıda 2 uşaq dəm qazından öldü

22:32 | 06.03.2018
Bakıda 2 uşaq dəm qazından öldü

Bakıda 2 uşaq dəm qazından öldü

Azərbaycanda dəm qazı daha iki uşağın ölümünə səbəb olub.

"Qafqazinfo” xəbər verir ki, hadisə Bakıda İmran Qüdrətovun ailəsində baş verib.

Məlumata görə, evə gələn ata həyat yoldaşı və uşaqları Dinarə Qüdrətova və Binyamin Qüdrətovu halsız vəziyyətdə aşkarlayıb. O, dərhal arvadını və uşaqlarını xəstəxanaya yerləşdirib.

Uşaqların həyatını xilas etmək mümkün olmayıb. Ana hazırda xəstəxanadadır.

Dünyasını dəyişən uşaqlar Astara rayonunun Şüvi kəndində dəfn olunublar.

Qeyd edək ki, martın 4-də Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından dünyasını dəyişib. Onlar - Rafiq Hüseynov (baba),  Yeganə Hüseynova (nənə), Sara Rafiq qızı Hüseynova (ana) və onun 3 körpəsi  Fərid Abbasov, Zenfira Abbasova və Yeganə Abbasovadır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM