Bakıda 28 nəfər içməli sudan zəhərlənib

14:49 | 23.10.2015
Bakıda 28 nəfər içməli sudan zəhərlənib

Bakıda 28 nəfər içməli sudan zəhərlənib

Daxili İşlər Nazirliyi Bakıda baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.
 
ANN.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 22-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən yataqxanada yaşayan 28 nəfər (4 kişi, 5 qadın, 19 azyaşlı) içməli sudan zəhərlənib. Onlar 5 saylı Yolxucu Xəstəliklər Xəstəxanasına yerləşdiriliblər. Onlardan 8 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
 
Faktla bağlı araşdırma aparılır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM