Bakıda Amerika, İsrail və Böyük Britaniyanın bayraqları yandırıldı

21:30 | 10.07.2015
Bakıda Amerika, İsrail və Böyük Britaniyanın bayraqları yandırıldı

Bakıda Amerika, İsrail və Böyük Britaniyanın bayraqları yandırıldı

Nardaran qəsəbəsində beynəlxalq "Qüds günü" münasibətilə aksiya keçirilib

Bakının Nardaran qəsəbəsində beynəlxalq "Qüds günü" münasibətilə aksiya keçirilib. "Report"un məlumatına görə, mitinqdə çıxış edən Nardaran ağsaqqallar şurasının sədri Kərbəlayi Natiq Kərimov dünyada müsəlmanlara qarşı atılan haqsız addımlara son qoymağa çağırıb.

O, Suriyada, İraqda müsəlmanların qanının töküldüyünü, bütün bunların səbəbkarının isə ABŞ olduğunu deyib: "İŞİD terror təşkilatı adı altında müsəlmanları qətlə yetirirlər. İsrail Fələstinə zülm edir. 
Yəməndə də müsəlmanlar eyni vəziyyətlə üzləşiblər. Belə addımlara qarşı birləşib etirazımızı bildirməliyik”.

Hacı Nuhbala Ağayev, Hacı Ağa Nuriyev bildiriblər ki, Dağlıq Qarabağın işğalı Qüdsün işğalının davamıdır, bunun qarşısını almaq üçün müsəlmanlarda döyüş ruhu olmalıdır.

ABŞ-ın və Qərbin müsəlmanlara qarşı həyata keçirdiyi siyasətə etiraz olunub.

Mitinqdə "İsrailə ölüm olsun”, "Qüds günü işğalçı rejimlərə nifrət günüdür”, "Məhv olsun İsrail” şüarları səsləndirilib.

Aksiyanın sonunda ABŞ-ın, İsrailin, Ermənistanın, Böyük Britaniyanın bayraqları yandırılıb.

Yekunda mitinqin qətnaməsi oxunub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür