Bakıda bal yarmarkası açılacaq

16:00 | 21.09.2015
Bakıda bal yarmarkası açılacaq

Bakıda bal yarmarkası açılacaq

"Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirilməsi oktyabr ayına planlaşdırılıb”. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin Modern.az saytına verdiyi məlumata görə, builki bal yarmarkası əvvəlki illərdəkindən fərqlənəcək:

"Hazırda təşkilatı işlər aparılır. Bildiyiniz kimi, bu il bal istehsalı üçün əlverişli şərait yaranıb. Aldığımız məlumata görə, bu il ötən ildəkindən də çox bal istehsal olunub.
Artıq nazirliyin müvafiq şöbələrinə tapşırıqlar verilib. Bu il vətəndaşlarımız üçün daha da təkmilləşdirilmiş bal yarmarkası təqdim etməyi düşünürük. Yarmarkanın dəqiq tarixi və nəzərdə tutulan tədbirlər barədə ictimaiyyətə açıqlamalar veriləcək”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM