Bakıda bütün ailə üzvləri namizəd olan bələdiyyə sədrindən maraqlı addım- FOTO

10:51 | 14.12.2019
Bakıda bütün ailə üzvləri namizəd olan bələdiyyə sədrindən maraqlı addım- FOTO

Bakıda bütün ailə üzvləri namizəd olan bələdiyyə sədrindən maraqlı addım- FOTO

Bakıda bələdiyyə sədri 8 ailə üzvünün namizədliyini geri götürüb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, bir müddət öncə sosial şəbəkələrdə Suraxanı rayonu, Əmircan qəsəbəsinin bələdiyyə sədri Rafael Cəbrayılovun özü, qızı, oğlu, iki bacısı, iki qardaşı və iki yaxın qohumundan ibarət 8 nəfərin namizədliyini irəli sürməsi barədə məlumat yayılmışdı.

Bu gün həmin bələdiyyəyə namizədliyini irəli sürmüş Famil İbrahimov məlumat paylaşaraq artıq bələdiyyə sədrinin geri çəkildiyini bildirib. Belə ki, Mərkəzi Seçki Komissiyasının saytında namizədlər siyahısında R.Cəfərov və yaxınlarının adları silinib, onlar namizədliklərini geri götürüblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb