Bakıda direktor məktəbdə şagirdləri döydü - VİDEO - RƏSMİ AÇIQLAMA

16:33 | 06.01.2022
Bakıda direktor məktəbdə şagirdləri döydü - VİDEO - RƏSMİ AÇIQLAMA

Bakıda direktor məktəbdə şagirdləri döydü - VİDEO - RƏSMİ AÇIQLAMA

Bakı şəhərində məktəb direktoru şagirdləri döyüb. 

Paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədova təhsil ocağında şagirdlərə əl qaldırıb. 

Onun bu hərəkəti kameraya düşüb. Görüntülər sosial şəbəkədə sürətlə yayılıb. 

Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, videogörüntü ilə bağlı idarə tərəfindən müvafiq araşdırma aparılır və araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

"Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır", - deyə idarədən məlumat verilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntülərdən məlumatlıdılar.

 "Ərazi üzrə - Nəsimi RPİ-nin 19-cü Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək", - deyə sözçü bildirib. 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb