Bakıda fortepiano konserti keçirildiREPORTAJ

22:44 | 25.12.2015
Bakıda fortepiano konserti keçirildi – REPORTAJ

Bakıda fortepiano konserti keçirildiREPORTAJ

Rüstəm Qasımov

Bir neçə gün əvvəl Kamera və orqan musiqisi zalında (Kirxa) heyətinə əməkdaşlar artistlər Nərgiz Əliyarovanın (fortepiano), Töhfə Babayeva (skripka) və Səbinə İbrahimovanın (violençel) daxil olduğu fortepiano triosunun konserti keçirildi. Aylıq konsertlər Bakı auditoriyasının o qədər xoşuna gəlib ki, hər dəfə zalda anşlaq olduğunu görmək mümkündür. Bakının sənətsevər təbəqəsi konsertlərə uşaqlarını da gətirirlər ki, bu da balacalarda sənətə marağın yaradılması üçün çox təqdirəlayiq hadisədir. 

Zalda hər kəs yerini tutandan sonra konsertə start verildi. Tədbir Bakı musiqi akademiyasının professoru, fəlsəfə doktoru, Azərbaycan fortepiano triosunun solisti Nərgiz Əliyarovanın nitqi ilə başladı. 
 


Nərgiz xanım, hər kəsi salamladı və trionun konsertindəki ilk nömrə barədə məlumat verdi. Bu Aqşin Əlizadənin "Trio” əsəriydi. Nərgiz xanım qeyd etdi ki, bu əsər hələ 1957-ci ildə yazılsa da, heç vaxt geniş ictimaiyyət üçün ifa edilməyib. O həmçinin Aqşin Əlizadənin bir dəfə ondan məhz bu fortepiano triosunun əsərini ifa etməsini xahiş etdiyini və onun Aqşin müəllimə bu barədə söz verdiyini dedi. "Təəssüf ki, indi bu gözəl bəstəkarlarımız bizimlə deyil. Ancaq Əlizadənin əsərini ifa edəndə, biz onun ruhunu hiss edirik və işimizə çox məsuliyyətlə yanaşırıq”. 

Bu çıxışdan sonra trio əsərin ifasına keçdi. 

Azərbaycan fortepiano triosunun repertuarı hər zaman özünün fərqliliyi və orijinallığı ilə seçilir. Nərgiz xanım hər dəfə yeni əsərlər əlavə etmək və premyeralar keçirmək üçün çalışır. Bundan başqa, trio müntəzəm olaraq konsertərinə opera ifaçılarını da dəvət edir, nəticədə konsertlər daha maraqlı keçir. Bu dəfə konsertə Azərbaycanın əməkdar artisti, vokalist Nərgiz Kərimova dəvət edilmişdi. Nərgiz xanım Üzeyir Hacıbəyovun əfsanəvi operettası "Arşın Mal Alan”dan Asiyanın ariyasını və görkəmli korifeyimiz Vasif Adıgözəlovun "Bakı” kompozosiyasını ifa etdi. 
 


Konsert gecəsi boyunca Azərbaycanın görkəmli bəstəkarlarının və dünya bəstəkarlarının əsərləri yüksək səviyyədə ifa edildi. 

Nərgiz Əliyərovanın Azərbaycanın əfsanəvi bəstəkarı Qara Qarayevin "7 gözəl” baletindən "Gözəl”ini ifa etməsi xüsusi zövq idi. Bu versiyanın təkcə bir fortepianoda  ilk dəfəydi. Adətən burda daha çox musiqi aləti iştirak edir. 

Konsert bitəndən sonra alqışlar bir neçə dəqiqə səngimədi. Sonra biz fortepiano triosunun solisti Nərgiz Əliyarova xanımla qısa söhbət edə bildik. O, bizə bu konsert proqramının necə baş tutmasından və fortepiano triosu repertuarının nəylə seçildiyindən danışdı. 

"Biz çoxdan Aqşin Əlizadə "trio”sunun premyerasını planlaşdırırdıq. Yadımdadır, mərhum bəstəkarımızın özü mənə bu əsəri nə vaxtsa ifa etməyi xahiş etmişdi. Qeyd edim ki, bu kompozisiya əvvəllər belə masştabda ifa edilməyib, mən Azərbaycan fortepianosunu nəzərdə tuturam, bizim əsas məqsədlərimizdən biri Azərbaycan mədəniyyətini təbliğ etməkdir. Ona görə də Aqşin Əlizadənin əsərini ifa etmək bizimçün borc idi. Yeri gəlmişkən deyim ki, bizim triomuzun repertuarında çox sayda yerli bəstəkarlarımızın əsərləri var. 
 


Aqşin Əlizadənin "trio”sunun repertuara daxil edilməyi gündəliyə gələndə, biz buna uyğun başqa kompozisiyalar barədə də düşünməyə başladıq. Buna görə də, Qarayev məktəbinə daxil olanda digər bəstəkarları da seçdik. Bir sözlə, konsert bütünlüklə onun adının ətrafında qurulmuşdu. Birincisi, bu, əfsanəvi bəstəkarımız Qara Qarayevin "7 gözəl” baletindən "gözəl” kompozisiyası, ikincisi də, Aqşin Əlizadə Qara Qarayevin tələbəsi olub. 

Bundan başqa, Lalə Cəfərova Qara Qarayevin tələbəsi olan Arif Məlikovun tələbəsidir. Belə çıxır ki, bu tək məktəbdir. Konsertimizin birinci hissəsi Azərbaycan musiqisinə həsr olunmuşdu. 

İkinci hissəyə gəldikdə isə, xırda istisnaları çıxmaq şərtiylə bu Fransız musiqisi idi. Konsert bütövlükdə Azərbaycan və Fransız musiqisindən ibarət idi”, - Nərgiz xanım bildirdi. 

Nərgiz xanım həmçinin qeyd etdi ki, konsertin repertuarının qurulması üçün təkcə tematik material barədə deyil, həmçinin seçilən əsərlərin auditoriya üçün nə qədər maraqlı olduğunu düşünmək lazımdır. Əgər biz Aqşin Əlizadə və Lalə Cəfərova kimi müasir müəllifin əsərlərini eyni zamanda ifa ediriksə, onda bu, dinləyicidən əsərləri başa düşmək və qəbul etmək üçün mənəvi güc tələb edir. Bu musiqilər arasında elə əsərlər salmaq lazımdır ki, dinləyicilərə yaxın və ürəklərincə olsun. 
 


"Mən fəxr edirəm ki, bizim musiqi kollektivimizin fəaliyyəti ərzində bunları doğrulda biləcək auditoriya formalaşdıra bilmişik (gülür). Bizim gündəlik həyatımızda kifayət qədər neqativ, narahatlıq və əsəb olsa da, insanlar Kirxaya az-az gəlsələr də, sevinirik ki, bizim konsertlərimizdə zal ağzına qədər dolu olur. Məni xüsusilə fərəhləndirən fakt odur ki, konsertlərimizə gələnlərin 90%-i musiqiçilə deyil, adi dinləyicilər və musiqi həvəskarlarıdır. Bu o deməkdir ki, konsert onlar üçün maraqlıdır və bu əladır! Bunun müəyyən mənada Azərbaycan mədəniyyətin təbliğatı olduğunu hesab edirəm. 

Gələcək planlara qaldıqda isə, gələcəkdəki konsertlərimizdən birinə Bəstəkar və pedaqoq Azər Rzayevin "trio”sunun premyerasını əlavə etməyi planlaşdırırıq. Bildiyim qədəriylə bu əsər də uzun müddətdir ki, böyük səhnədə ifa edilməyib”.

Elm, mədəniyyət, təhsil və maarifçiliyi təbliğ edən ANN.Az portalı paytaxtımızda baş verən mədəniyyət hadisələrini diqqətdən kənarda qoymur. Öz növbəsində oxucularımız da paytaxtımızın mədəni həyatında yaxından iştiraka dəvət edirik. 
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM