Leyla Hüseynova: “Sənətlərin ən gözəli rəssamlıqdır” – MÜSAHİBƏ

12:51 | 21.04.2016
Leyla Hüseynova: “Sənətlərin ən gözəli rəssamlıqdır” – MÜSAHİBƏ

Leyla Hüseynova: “Sənətlərin ən gözəli rəssamlıqdır” – MÜSAHİBƏ



Rüstəm Qasımov 

Bir müddət əvvəl paytaxtın "Karvan” qalereyasında gənc azərbaycanlı rəssam Leyla Hüseynovanın ilk fərdi sərgisi keçirildi. Müəlliflə söhbətimizi təqdim edirik: 

- Leyla, yəqin ki, əksəriyyət kimi siz də uşaqlığınızda şəkil çəkməyi sevmisiniz.  

- Bəli, əlbəttə. Axı rəssamlıq çox əyləncəli prosesdir, uşaqlıqda hər kəs bununla məşğul olur. 
- Təsviri sənətdə ilk addımlarınızdan danışardınız? 

- Təqribən 5 yaşımda rəssamlıqda ilk addımlarımı atmağa başlamışam. Məktəb dövründə istadadımı görən pedaqoqum deyirdi ki, gələcəkdə məni rəssam kimi görür. 

- Məşhur azərbaycanlı avanqard rəssam Emin Qəhrəmanın "EmArt” studiyasına necə oldu ki, düşdünüz? 

- Bu internetdəki daimi axtarışların nəticəsində oldu. Xoşbəxt bir hadisə mənim yolumu bu studiyaya saldı. Bununla da bizim studiyada məşğuliyyətlərimiz başladı. 

- Öz pedaqoqlarınız barədə danışardınız? Gənc rəssam kimi formalaşmağınızda onların rolu nə qədərdir? 

- Mən "EmArt studio”nın pedaqoqlarına, əsasən Rüfət Əskərova, Elçin Bünyatova və Zöhrab Ccabbarova çox minnətdaram ki, onlar mənim yaradıcı qabiliyyətlərimin inkişafına və bacarıqlarımın yaranmasına kömək ediblər. 

- Sizin rəsmlərinizə baxanda, fərq etdim ki, portretlərə xüsusi diqqət ayırırsınız. Bu janrda sizi cəlb edən nədir? 

- Yox (gülür). Əslində bu belə deyil. Mən müxtəlif janrları sevirəm. Ancaq şərtləq belə gətirdi ki, sərgidə portretlər üstünlük təşkil edir. 

Əvvəllər mən realizm janrında çəkməyi çox sevirdim, ancaq indi özümü müxtəlif janrlarda sınayıram. 

- Bəs qrafika? 

- Əsasən yağlı boyada işləməyi üstün tuturam. Ancaq qrafikada işləmək rəssam üçün çox vacibdir. Gələcəkdə bu istiqamətdə özümü daha da təkmiləşşdirməyə çalışacam. 

- Fərdi sərgi keçirməyin vaxtıdır fikrinə nə zaman gəldiniz? 

- Hər bir insannın müəyyən istiqamət və həyat seçimi var. Mən öz rəsmlərimi çox sevirəm, ona görə də onları başqalarıyla paylaşmaq qərarına gəldim. 

- Bu sərgidə neçə şəkil sərgiləyirsiniz, işlərinizi yığmaqda sizə kim kömək edib? 

- Sərgidə 23 şəklim nümayiş olunur. Əgər fikir verdinizsə, bir çox şəkillərdə fentezi tərzi var. Bu personajlar yapon və Azərbaycan nağıllarından götürülüb. Bu onunla əlaqədardır, mən Günəşin doğduğu ölkəni çox sevirəm. Ekspozsiyaya qaldıqda isə, şəkilləri özüm toplamışam. 

- Sərginın "Gözəl anlar”dır, nəyə görə bu adı seçmisiniz? 

- Bu ad təsadüfən seçilməyib. Axı bizim həyatımız təssürrat yenilənməsidir hər bir an emosiya və duyğulardan ibarətdir .

- Rəssamlıqdan başqa, siz fortepianoda və gitarada ifa edirsiniz. Buunlar sadəcə hobbidir, yoxsa daha çoxu? Musiqiylə məşğul olmağı davam etdirməyi planlaşdırırsınızmı? 

- Uşaqlıqdan fortepianoda ifa etməyi sevirəm. Ancaq daha çox ürəyimə yatan rəssamlıqdır. 

- Ümumiyyətlə, rəssamlıqla musiqi bir-birini tamamlayırmı? 

- Əlbəttə! Musiqi olan yerdə rəssamlıq, rəssamlıq olan yerdə musiqi var! (gülür)

- Siz artıq müəyyən etmisinizmi, yoxsa peşə seçimi hələ də sual altındadır? 

- Bəli, müəyyən etmişəm (gülür). Mən rəssamlığı seçmişəm, çünki hesab edirəm ki, insan gərək bu həyatda seçdiyi işlə məşğul olsun, insan yalnız bu halda uğur qazana bilər. 

- Rəssamlıq sizinçün nə deməkdir? 

- Rəssam sənət növləri arasında ən gözəlidir. Onda bir ana o qədər şey sığışır ki, təsviri sənətəin insanda doğurduğu hissləri sözlərlə ifadə etmək çətindir. 

- Leyla Əəliyeva nə arzulayır?

- İlk növbədə bir Azərbaycan vətəndaşı istərdim ki, Azərbaycan öz torpaqlarını geri qaytarsın, onu erməni işğalçılarından təmizləsin. İnkinci arzum isə odur ki, Uca Tanrı mənə imkan versin öz işimi, məhz rəssamlığı davam etdirim!

- Leyla, maraqlı müsahibəyə görə təşəkkür edirik. Biz sizə yaradıcılığınızda bol-bol uğurlar arzulayırıq. 

- Çox təşəkkür!












www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb