Daxildən baxış: Viktoriya və Albert muzeyi - REPORTAJ

16:28 | 15.04.2016
Daxildən baxış: Viktoriya və Albert muzeyi - REPORTAJ

Daxildən baxış: Viktoriya və Albert muzeyi - REPORTAJ

Rüstəm Qasımov

Əgər siz Dumanlı Albionun paytaxtına səyahət etmisinizsə, üstəlik siz sənət həvəskarısınızsa, onda dünyanın ən maraqlı və heyratamiz muzeylərindən biri olan Viktoriya və Albert muzeyinə baş çəkməyi unutmayın. "The Art newspaper"in məlumatına görə, bu sənət ocağı dünyada ən çox baş çəkilən 20 muzeydən biridir. Burada dünyanın mədəniyyət incililərinin nəhəng kolleksiyaları saxlanılır. 6 dərəcədə 140 zala bölünmüş muzeyin biz sadəcə bir neçə zalında olmağa müvəffəq olduq, çünki onu bütünlükdə gəzmək və eksponatlara doya-doya baxmaq, bəlkə də bir həftədən çox vaxt alardı. 

Zallardakı bəzi eksponatlar o qədər böyükdürlər ki, onları fotoapparata sığışdırmaq mümkün deyil. Sənət əsərlərinin sayı o qədər çoxdur ki, özünü nəhənglər arasında düşmüş liliput kimi hiss edirsən. Bu muzey insanlara estetik gözəllik bəxş etməkdən əlavə, maarifləndirici xüsusiyyət də daşıyır, buraya məktəblilərin ekskursiyaları təşkil edilir, axı mədəniyyət və incəsənəti kitablardan oxumaqdansa, öz gözlərinlə görmək daha effektlidir. 

Sonda Viktoriya və Albert muzeyindən fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 





































































































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM