Dünən gecə saatlarında Bakının Xocasən qəsəbəsində yerləşən "Lider Cola” şirkətinə məxsus istehsal fabrikində partlayış baş verib.
ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, içkilərə vurulan karbon qazının toplandığı çənin partlaması nəticəsində şirkətin istehsal binasına, eləcə də yaxınlıqdakı evlərə ziyan dəyib.
İlkin məlumatlara görə, 3 ev zədələnib. Partlayışın gücü yüksək olduğu üçün hadisə yerindən 400 metr aralıda yerləşən yaşayış sahəsinin daş hasarı uçub.
Bədbəxt hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib. Qonşuluqda yaşayan sakinlərin sahur etdikləri üçün partlayış vaxtı ev içində olmayıblar.
Faktla əlaqədar araşdırma aparılır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !