Bakıda imtahan verən müəllimlərin nəticələri AÇIQLANDI

16:50 | 04.11.2015
Bakıda imtahan verən müəllimlərin nəticələri AÇIQLANDI

Bakıda imtahan verən müəllimlərin nəticələri AÇIQLANDI

Bakı şəhərindəki prta məktəblərdə işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin diaqnostik qiymətləndirməsinin nəticələri açıqlanıb. Modern.az saytı xəbər verir ki, bir neçə gün önc keçirilmiş imtahanda müəllimlər 60 sualı (40 ixtisas, 20 metodik sual) cavablandırıblar.

Təhsil Nazirliyi sisteminə daxil olan məktəb müəllimlərinin diaqnostik qiymətləndirilməsi oktyabrın 29, 30-u və 31-də də keçirilib. Ümumilikdə imtahana 2500-ə yaxın müəllim cəlb edilib. Nəticədə Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan və müxtəlif səbəblərdən əvvəlki qiymətləndirmədə iştirak etməyən,, Bakı şəhərində iş yerini dəyişən və yeni işə qəbul olunan ​müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb.

İlin sonuna qədər daha 12 şəhər və rayonlarda müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək ki, gələn ilin yanvar ayından etibarən həmin müəllimlərin əmək haqlarında artım müşahidə ediləcək. Bu isə təxminən müəllimlərin 40 faizini əhatə edəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM