Bakıda İŞİD üzvlərinə hökm oxundu

15:32 | 27.10.2015
Bakıda İŞİD üzvlərinə hökm oxundu

Bakıda İŞİD üzvlərinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan vətəndaşları Telman Bəkirov (1988-ci il təv.) və Mübariz Tahirovun (1990-cı il təv.) CM-nin 279.1 (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 283-1.3-cü (milli, irqi, sosial və ya dini düşmənçiliyin dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bu ilin aprel ayında keçirdiyi əməliyyat nəticəsində saxlanılan Telman Bəkirov və Mübariz Tahirov 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraq ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 14 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunublar. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM