Bakıda "Krizis Party" olacaq

15:24 | 15.12.2015
Bakıda

Bakıda "Krizis Party" olacaq

Marketinq Azərbaycan və "Eventer" event planing Agency  bütün marketoloqları və marketoloq olmaq arzusunda olanlar üçün yeni il Party təşkil edir. 

Krizis Party adlanan tədbir  09 Yanvar 2016-cı ildə, saat 18:00-da Sapphire Restaurant-da baş tuatacaq. 

Party-nin əsas məqsədi marketoloqlar arasında qeyri - rəsmi görüş keçirmək, birgə əyləncəli vatx keçirmək, bu sahə insanları arasında şəbəkələşməni gücləndirməkdir. 

Azərbaycan marketoloqlarını bu party-də DJ şou, maraqlı viktorinalar, hədiyyələr, şam yeməyi və yeni tanışlıqlar  gözləyir. 

Party-nin əsas sponsorları  Mado Cafe, Dost Taxi, Dəmirbank, Stilist Saxara, Balli Bişi, Headway Language şirkətləridir. 

Təşkilati dəstək isə  Elephants Group, Marketinq AİR və Strafor Kəsim şirkətlərinə məxsusdur. 

Geniş bir audotoriyanı əhatə edən tədbirin informasiya dəstəyi isə Qaynar.info, Oxu.az, Facemark.az Olke.az, Ann.az  informasiya portallarıdır.  

Qeyd edək ki, Party-ə giriş ödənişlidir və 1 şəxs üçün ödəniş 30 AZN-dir. 

Xüsusi qeyd: Biletlərin satışı Party gününə 1 gün qalmış başa çatacaq. Xahiş olunur bilet almaq istəyənlər öncədən müraciət etsin.

Əlaqə Tel: +994552052945, 994507858565

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür