Bakıda məktəbdə kütləvi dava

14:57 | 15.10.2015
Bakıda məktəbdə kütləvi dava

Bakıda məktəbdə kütləvi dava

Bakı şəhəri, Səbail rayonu 160 saylı Klassik Gimnaziyasında 10 və 11-ci sinif şagirdləri arasında kütləvi dava baş verib.

Bu barədə "Report”a Səbail Rayonu Polis İdarəsindən bildirilib.

Hadisə nəticəsində gimnaziyanın 10-cu sinif şagirdi, 16 yaşlı Fərhad İlham oğlu Qasımov döyülüb. Onun burnu sındırılıb. F.Qasımov xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 160 saylı Klassik Gimnaziya Təhsil Nazirliyinin 2013-cü ildə açıqladığı 2012-2013-cü il buraxılış imtahanlarının nəticələrinə görə orta məktəblərin reytinq siyahısında ikinci olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM