Bakıda məşhur avtoritetə hökm oxundu

16:28 | 30.09.2015
Bakıda məşhur avtoritetə hökm oxundu

Bakıda məşhur avtoritetə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Ceyhun Baxışovun CM-nin 228.1 (qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələr əldə etmə, satma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, bu il yanvarın 28-də DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakı ş. sakinləri Ceyhun Baxışovu, Hacıbala Abbasovu və Abşeron rayon sakini Etibar Baxşızadəni yaxalayıblar.

Müəyyən olunub ki, dəfələrlə məhkum olunmuş şəxslər cinayətə meyilli adamları ətraflarına toplamaqla "qanunsuz araşdırmalar” aparıblar.

Onlar özlərini cinayətkar aləmin "nüfuzlu şəxsləri” kimi təqdim edərək ayrı-ayrı iş adamlarını təhdid etməklə qanunsuz olaraq pul yığılmasını və kriminal aləmin "kassa”sına ötürülməsini təşkil ediblər.

 Baxış zamanı hər üç şəxsin üzərindən heroin aşkarlanıb. Bundan əlavə, Ceyhun Baxışovdan "Makarov” tipli tapança, Etibar Baxşızadənin mənzilindən isə 2 ədəd "F-1” əl qumbaraları aşkar edilib. 

Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı C.Baxışovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM