Bakıda nazirlik əməkdaşı yıxılaraq ağır xəsarət alıb

15:44 | 19.09.2015
Bakıda nazirlik əməkdaşı yıxılaraq ağır xəsarət alıb

Bakıda nazirlik əməkdaşı yıxılaraq ağır xəsarət alıb

Gecə saatlarında Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 45 ünvanında yaşayan 44 yaşlı Yeganə İsmayılova yaşadığı mənzildə yıxılıb və onun qarın nahiyəsinə dəmir batıb. Yaralı dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanaya çatdırılıb. Həkimlər Yeganə İsmayılovaya qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Yaralı qadın vəziyyəti ağır olduğu üçün əməliyyat olunub. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
 
Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə  məlumat  verilib. Polis əməkdaşları Yeganə İsmayılovanın hansı şəraitdə xəsarət aldığını araşdırır.
 
Qeyd edək ki, naməlum şəraitdə xəsarət alan Yeganə İsmayılova nazirliklərdən birinin əməkdaşıdır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM