Bakıda neçə orta məktəbdə tədris xarici dildədir?SİYAHI

11:30 | 28.11.2015
Bakıda neçə orta məktəbdə tədris xarici dildədir? – SİYAHI

Bakıda neçə orta məktəbdə tədris xarici dildədir?SİYAHI

Bakıda bu gün müxtəlif dinlərdə olan və dillərdə danışan insanlar yaşayır. Müxtəlif səbəblərlə bura işləməyə, yaşamağa gələn və uzun müddət burada yaşayan ailələr övladlarının təhsillərini öz dillərində fəaliyyət göstərən məktəblərə qoyurlar. 

Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində başqa dillərdə fəaliyyət göstərən məktəb yoxdur. Yalnız müəyyən məktəblərdə Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərir. 

Ümumilikdə Bakı şəhərində 182 ümumtəhsil məktəbində xarici dildə tədris həyata keçirilir. 

Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 7-də tədris yalnız xarici dildədir. 

Bunlardan 1-də rus, 1-də türk, 4-də ingilis, 1-də isə fransız dilində tədris aparılır. Digər 175 məktəbdə isə tədris həm Azərbaycan, həm də xarici dildədir. Bunlardan 171-də tədris Azərbaycan-Rus, 4-də isə Azərbaycan-İngilis dillərində aparılır. 

Ümumilikdə həmin məktəblərdə 69232 şagird xarici dildə təhsil alır. Onlardan rus məktəbində 66465, türk məktəbində 594,  ingilis məktəblərində 2096, fransız məktəbində 77 şagird oxuyur. 

Nazirlikdən həmçinin bildirilib ki, xarici dildə təhsil alanlar arasında həm Azərbaycan vətəndaşları, həm də xarici ölkə vətəndaşları var.  
 

 

1. 

"Günar" MMC-nın orta ümumtəhsil məktəbi (Baku-Oxford School)

İngilis

Bakı ş, Səbail r. A.Abbaszadə küçəsi 8

2. 

Bakı İstedadlar Təhsil Kompleksi

İngilis

Bakı ş, Neftçilər, Mikayıl Əliyev küç AZ1023

3. 

Bakı Fransız Liseyi, Təhsil Kompleksi

Fransız

Bakı ş., Nobel prospekti, 15

   4.

SABİS SUN İnternational school

İngilis

Bakı ş, Zığ şossesi 22-ci km

 

 

 

 

5. 

"Odlar Yurdu" universitetinin İnnovasiya məktəbi (British School)

İngilis

Bakı ş, Koroğlu Rəhimov 13

6. 

Bakı Atatürk liseyi

Türk

Bakı ş., 28 may küç.-70

   7.

"Xabad Or Avner" tədris kompleksi

Rus

Bakı ş., Zığ yolu küç.44/B

 

 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM