• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Bakıda şok hadisə- Üzünə maska taxdı, maşını soydu

Bakıda şok hadisə- Üzünə maska taxdı, maşını soydu
29.05.2020 12:16
Yasamal rayonu ərazisində iki avtomobilə hücum olub. "Qafqazinfo” xəbər verir ki, naməlum şəxs ilk olaraq Mətbuat - Zərdabi prospektlərinin kəsişməsində jurnalist Türkan Məmmədliyə məxsus "Hundai” markalı avtomobilin pəncərəsini sındıraraq kosmetik çantasını və içində olan bahalı ləvazimatları götürüb. 


"Salonda idim, maşını da hər zamanki yerdə saxlamışdım. Gəlib pəncərəni sındırıb, maşına zərər vurub.Özü də kamera olan yer. Mən anlamıram, insanlar bu qədər azğınlaşıb? Ya onlar Azərbaycan polisindən qorxmurlar ki, düz kameranın altında bu hadisəni edirlər”, - deyə jurnalist qeyd edib. 


Bir neçə saat sonra həmin ərazidə Xəyalə Fərəcovaya məxsus "Lada” markalı avtomobilə hücum olunub.  Həmin şəxs maşından 600 AZN pul, bank və siğorta kartları, evin açarı, bahalı ətirləri götürülb. 



X. Fərəcova "Qafqazinfo”ya təqdim etdiyi videodan görünür ki, sürücü avtomobildən düşən kimi naməlum şəxs maşınının pəncərəsini sındıraraq hadisəni törədib. 


"Maşını bir neçə dəqiqəlik saxlamışdım. Hətta qəza işıqları belə yanırdı. Qısa müddətdə belə bir oğurluq etdi”,- deyə X. Fərəcova bildirib. 
Eyni gün və eyni saatlarda baş verən oğurluq hadisəsini bir şəxsin törətdiyi ehtimal olunur.


Hadisə yerinə Yasamal RPİ-nin 28-ci polis bölməsinin əməkdaşları cəlb olunub, məsələ ilə bağlı araşdırma aparılır. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 23:30
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Cəmiyyət 20:52
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 17:24
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Cəmiyyət 15:10
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Cəmiyyət 14:15
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Qazaxda minik avtomobili aşıb, ölən var
Cəmiyyət 13:39
Qazaxda minik avtomobili aşıb, ölən var
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Cəmiyyət 12:33
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Laçında yük maşını dərəyə aşıb
Cəmiyyət 10:49
Laçında yük maşını dərəyə aşıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol