Bakıda tələbələr arasında kütləvi dava olub

23:45 | 17.09.2024
Bakıda tələbələr arasında kütləvi dava olub

Bakıda tələbələr arasında kütləvi dava olub

Bakının Xətai rayonunda tələbələr arasında kütləvi dava düşüb, ağır xəsarət alan var.Bu barədə APA xəbər verir.
 
Hadisə Məhsəti küçəsi 5 a ünvanında qeydə alınıb.

Belə ki, 5 nömrəli Peşə Liseyinin 4-cü kurs tələbəsi 2005-ci il təvəllüdlü Nəsirov Elmir Ramil oğlu sözügedən təhsil ocağının tələbəsi ilə mübahisə edib.Mübahisə zamanı tələbə Elmir Nəsirova xəncər vasitəsilə 5 dəfə zərbə endirib.

Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Hazırda Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışına başlayıblar.

DİN-in Mətbuat Xidmətin əməkdaşı Elbrus İbrahimov bildirib ki, paytaxtın Xətai rayonunda bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə daxil olmuş məlumat üzrə araşdırma başlanılıb.

Əməli törədən şəxsin və ya şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür