Bakıda televiziyanın avtomobili yandı

17:02 | 16.10.2015
Bakıda televiziyanın avtomobili yandı

Bakıda televiziyanın avtomobili yandı

Bu gün "Lider" televiziyasına məxsus "Ford" markalı 90-AX-963 dövlət nömrə nişanlı avtomobil Mətbuat prospekti istiqamətində gedərkən qəflətən yanmağa başlayıb.

 "Report" xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın söndürülüb.

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, avtomobil tamamilə yanaraq yararsız hala düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM