• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

Bakıda yararsız ət məhsulları məhv edildi

Bakıda yararsız ət məhsulları məhv edildi
16.01.2016 17:34
İnsan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan sərəncam və fərmanlarının icrası məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin tapşırığına əsasən Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) tərəfindən reydlər davam etdirilir.

Bu barədə Xidmətdən Oxu.Az-a bildirilib. 

"Yanvarın 15-də Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının birgə keçirdiyi reyd zamanı Bakı şəhəri, S.Vurğun küçəsində Ağcabədi rayonunun Aşağı Avşar kənd sakini Nəbiyev Şamxal Kərim oğlunun idarə etdiyi  "Daevo sentral” 10 PV 475 dövlət nömrə nişanlı minik avtomobilində aşkarlanan, Bakı şəhərinə satış üçün gətirilən, sağlamlığı, mənşəyi barədə heç bir sənədi olmayan və qida üçün orqanoleptik göstəriciləri şübhə doğuran 4 baş heyvan cəmdəyi aşkar edilib. 

Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəklərinin olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasının yoxlanılması üçün həmin cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) göndərilib. 

Bu cəmdəklərdən götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuşdur. Müayinə zamanı cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz, eləcə də ölmüş və aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvan cəmdəkləri olması müəyyən edilib. 

Aparılan müayinələrin nəticəsinə əsasən həm 1100 (min yüz) kq-dan atrıq xammalın, həm də 4 baş iribuynuzlu heyvan cəmdəklərinin heyvan və insan qidası üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilib”, - deyə Xidmətdən qeyd edilib. 

Bu qərara uyğun olaraq yanvarın 15-də Balaxanı Məişət Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb. 

Qeyd edək ki, Dövlət Xidməti yanvarın 12-də "Zirvə” kolbasa sexində də anoloji reyd keçirmişdi. Dünən həmin sexdə aşkarlanan insan sağlamlığı üçün zərərli olan ət məhsulları da Balaxanı Məişət Tullantıları Poliqonunda basdırılıb. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AMB-nin "Nağd pul ofisi" fəaliyyətini müvəqqəti dayandıracaq
İqtisadiyyat 16:54
AMB-nin "Nağd pul ofisi" fəaliyyətini müvəqqəti dayandıracaq
ABB binasında Libraff!
İqtisadiyyat 16:31
ABB binasında Libraff!
Azərbaycanda günəş enerjisinin istehsalı 13 % artıb
İqtisadiyyat 14:21
Azərbaycanda günəş enerjisinin istehsalı 13 % artıb
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
İqtisadiyyat 11:20
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
SOCAR və MSC strateji əməkdaşlıq sazişi imzalayıb
İqtisadiyyat 10:34
SOCAR və MSC strateji əməkdaşlıq sazişi imzalayıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 10:15
Qızılın qiyməti bahalaşıb
Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətini 19,6% səviyyəsində saxlayıb – Maliyyə Nazirliyi
İqtisadiyyat 10:07
Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətini 19,6% səviyyəsində saxlayıb – Maliyyə Nazirliyi
MİQ imtahanında minimal bal toplamayan məzunlar üzrə universitetlər məsuliyyət daşımalıdır - Nazir
İqtisadiyyat 10:07
MİQ imtahanında minimal bal toplamayan məzunlar üzrə universitetlər məsuliyyət daşımalıdır - Nazir
Azərbaycan 2026-cı ildə 3,13 mlrd manat büdcə kəsiri proqnozlaşdırı
İqtisadiyyat 10:06
Azərbaycan 2026-cı ildə 3,13 mlrd manat büdcə kəsiri proqnozlaşdırı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol