Bakıda "Fəvvarələr meydanı"nda "Nargis Fund”un
rəhbərliyi ilə növbəti, dördüncü "Soyuq Əllər, İsti Ürək” xeyriyyə
yarmarkası keçirilir.
Dekabrın 3-də açılan yarmarka yanvarın 15-dək davam edəcək. Ənənəyə görə, tədbirdə toplanmış vəsait xeyriyyə məqsədləri üçün istifadə olunacaq. Yarmarkanın əsas qonaqları uşaq evlərinin sakinləri olacaq. Onları tanınmış adamlarla görüşlər, sevimli ifaçıların çıxışları, ənənəvi suvenirlər, şirniyyatlar və sponsorların hədiyyələri, sürprizlər və çoxsaylı əyləncələr gözləyir.
Fotoların müəllifi Fərqanə Novruzovadır
Bizi sosial şəbəkələrdə izləyin !