Son illər
Azərbaycanda sahibkarların fəaliyyətinin stimullaşdırılmasına və qeyri neft
sektorununn inkişafına yönəli
layihələrin sayı artır. Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva bütün müşavirə və toplantılarda məmurları
sahibkarları incitməməyə, onların fəaliyyəti üçün geniş imkanlar yaratmağa, öz
məmur səlahiyyətlərindən sui-istifadə etməməyə çağırır. Amma görünür dövlət başçısının çağırışı heç
də bütün məmurların vecinə deyil. Belə
hal ilə biznesi zorakılıq yolu ilə Bakı
şəhər İcra hakimiyyətinin Reklam Departamentinin rəhbəri Əli Əsgərov
tərəfindən alınmış "Mediaqraf”
şirkətinin rəhbəri İsmayıl Səlimov
rastlaşıb.
İsmayıl Səlimov
Öz bığları ilə fəxr edən
və çevrəsinə daxil olan adamlar tərəfindən
" bığ Əli” deyə çağrılan Əli Əsgərov Bakı şəhər İcra Hakimiyyəti Reklam Departamentində
işə küçələrdə reklam plakatları asmaqla başlayır və dostları ona "Bıq Əli”
yerinə "Rastyaşka Əli” ( küçələrə plakat asan, red.) ləqəbi verir. Amma necə
deyərlər fortuna onun üzünə sözün əsil mənasında gülümsəyir. 2010-cu ildə Bakı
şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov onu departamentə rəhbər təyin edir. İsmayıl
Səlimovun təbirincə desək pula olan ehtirası və özgə biznesini zorla əlinə
keçirmə "bacarığı” qısa zamanda Əli
Əsgərovu şəhərin varlı adamlarından
birinə çevirir. Hətta onun içində oturan Toyotanın Lexus avtomobilinə vurgunluq hissi birdən baş
qaldırır. Bundan sonra ancaq Lexus
avtomobili sürən Əli Əsgərov beləcə "Lexus
Əli” ləqəbli "reklam baronun”a çevrilir.
"Əli Əsgərov nəinki özü ancaq Lexus sürür, hətta öz dost tanışları və reklam adlarına görə sahibkarlardan rüşvət yığan "qoçuları”nı belə Toyota Lexus almağa məcbur edirdı”, - deyən "Mediaqraf” şirkətinin rəhbəri İsmail Səlimov bildirir ki, bir dəfə belə "qoçu”lardan biri onun "Alman malları” mağazasına öz Lexusunda gələrək külli miqdarda pul istəyib. Sahibkarın razılaşmadığını görəndə isə mağazanın adının yazıldığı lövhəni darmadağın etməyə cəhd edib. Səlimovun həmin şəxsin səsini gizli yazması və prokurorluq orqanlarına verəcəyi ilə hədələməsi Əli Əsgərovun "qoçu”larını əl saxlamağa məcbur edib.
Amma Əli Əsgərov çox tez bir zamanda sahibkarlara xüsusi qəddarlıq elementləri tətbiq etməsi ilə məşhurlaşan keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudova yol tapır və İsmayıl Səlimovun dediyinə görə, artıq hüquq mühafizə orqanları və qanuna məhəl qoymadan Bakı küçələrində reklam bilbordlarının yerləşdirilməsi ilə məşğul olan sahibkarların əmlakını zorla mənimsəyir.
İsmayıl
Səlimovun bizə təqdim etdiyi sənədə görə, Əli Əsgərovun reklam
departamentinə rəhbərlik etdiyi zaman
kəsiyində sahibkarın onlarla bilbordu demontaj edilmiş, onların yerləri əlindən
alınmış və ona ciddi maddı, mənəvi ziyan
vurulmuşdu. "Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi 2016-cı il martın 15-də
ərizəm əsasında mənə vurulan
zərərin miqdarını müəyyənləşdirib. Belə ki,
Əli Əsgərovun qeyri qanuni əməlləri nəticəsində mənə 352.000 manat ziyan
vurulub. Bu isə indi 440.000 ABŞ dollarına bərabərdir”, - deyə Səlimov
vurğulayır.
Amma Əli Əsgərovun ürəyi bundan sonra da soyumur. O, "Mediaqraf” və onun kimi bir neçə digər küçə reklamı ilə məşğul olan şirkətlərə məxsus bilbord yerlərini xanımı Nazilə Rüstəmovanın adına açdığı RMM Group və Art Media Service şirkətlərinə verir.
Bu
şirkətlərin Nazilə Rüstəmovaya məxsusluğu Vergilər Nazirliyinin sənədlərində , Nazilə
Rüstəmovanın Əli Əsgərovun xanımı olması isə İsmayıl Səlimovun bizə təqdim
etdiyi onların nigah haqqında şəhadətnaməsində öz əksini tapıb.
Nazilə Rüstəmova
İsmayıl
Səlimov deyir ki, Əli Əsgərovun Bakı şəhər İcra hakimiyyəti Reklam Departamentinə
rəhbərlik etdiyi müddətdə RMM Group və
Art Media Service şirkətlərinin müştərilərinə faktiki həmin qurumlarda çalışan
işçilər deyil Bakı şəhər İcra Hakimiyyəti Reklam Departamentinin
əməkdaşları xidmət edib. Beləliklə, məmur vəzifəsindən sui istitfadə
edən Əli Əsgərov dövlətdən əmək haqqı
alan işçiləri "reklam kralicasına cevirdiyi” oftamoloq xanımı Nazilə
Rüstəmovaya məxsus özəl şirkət üçün işləməyə məcbur edib.
Əli
Əsgərov Bakı şəhəri ərazisində həyata
keçirdiyi əməllərindən o qədər ruhlanır ki, Sumqayıt şəhərində də özünə
havadarlar tapır . Sumqayıt şəhər İcra hakimiyyətinin reklam departamentinin sabiq
rəhbəri Şaxmalı Cavadov və hazırki müdiri Eldar Həsənovun vasitəsilə artıq
Sumqayıt şəhərində İsmayıl Səlimova məxsus bilbordları və bilbord yerlərini
sahibkarın əlindən zorla aldırır. Bu işdə Əli Əsgərovun Sumqayıtdakı
havadarlarına İsmayıl Səlimovun sözlərinə görə, Bakı şəhər reklam departamentinin şöbə müdiri
Zahid İsmayılovun Sumqayıt şəhər vergilər departamentinin rəhbəri çalışan qardaşı Abbas İsmayılov kömək
edir.
Səlimovun sözlərinə görə, o bu məsələ ilə bağlı ölkənin Birinci vitse-prezienti və Heydər Əliyev fondunun rəhbəri xanım Mehriban Əliyevaya müraciət ünvanlayıb. Müraciətdə deyilir:
"Əsası Heydər Əliyev tərəfindən qoyulan və ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasi-iqtisadi kurs nəticəsində Azərbaycan inkişaf etmiş ölkələr arasında layiqli yer tutur və nüfuz qazanıb. Əli Əsgərov kimi adamların qanunsuz fəaliyyəti isə ölkəmizin imicinə mənfi təsir edir. Azərbaycanda biznes mühiti bu kimi məmurların özəl biznes strukturlarını quldurluq yolu ilə ələ keçirməsi hesabına inkişaf edə bilmir. Əli Əsgərovun quldur hərəkətləri nəinki dünya standartlarına uyğun deyil, həmçinin Sizin tərəfinizdən həyata keçirilən normalara ziddir. Vaxtı ilə mən əvvəllər "6-cı paralel” indi isə Murtuza Muxtarov adına küçədə yerləşən uçmuş binanın sakinlərinin yaratdığı təşəbbüs qrupunun rəhbəri olmuşam. O zamanlar Sizə müraciət etməsəydik Əli Əsgərov kimi məmurlar bizi də evsiz qoyacaqdılar və yalnız Sizin işə qarışmağınız bizə hüquqlarımızı bərpa etməyə imkan verdi. Odur ki, Sizə ikinci dəfə müraciət edərək, bu problemin həllində mənə yardımçı olmağınızı rica edirəm. Bu münaqişə nəticəsində nəinki mən tam qanuni və şəffaf şəkildə həyata keçirdiyim biznesimdən məhrum oldum, həmçinin şirkətimdə çalışan onlarla insan çörəksiz qaldı. Sizin köməyinizlə mənə qarşı edilən bu haqsızlığın qarşısının alınacağına, mənə məxsus biznesi həyasızcasına ələ keçirmiş Əli Əsgərov kimi feodal təfəkkürlü adamların cəzalanacağına inanıram”.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !