Bakının Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

09:22 | 17.09.2024
Bakının Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Bakının Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

sentyabrın 17-də Bakının Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Sabunçu rayonu, Kürdəxanı və Maştağa Ləhic bağları ərazisində, həmçinin Bakıxanov qəsəbəsində təmir-bərpa işləri aparılacaq.

"Bu baxımdan sentyabrın 17-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Kürdəxanı və Maştağa Ləhic bağları ərazisində, Bakıxanov qəsəbəsində, Sülh, Eldar Xəlilov, Mehmandarov, Fətəliyev küçələrində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq",  - məlumatda bildirilib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM