Bakının ən təhlükəli oğrusu tutuldu

13:06 | 17.07.2014
Bakının ən təhlükəli oğrusu tutuldu

Bakının ən təhlükəli oğrusu tutuldu

Saxlanılan şəxs bir çox cinayətlərdə ittiham olunur
Kriminal  Bakıda vətəndaşların əmlakına qənim kəsilən şəxsi polis yaxalayıb. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bir neçə vətəndaşın dəyərli əşyalarını və pulunu qarət edən 1983-cü il təvəllüdlü Nicad Fərzəliyev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Nicad Fərzəliyev həm də sərnişin avtobuslarında cibgirliklə məşğul olurmuş. Onu Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsi əməkdaşları yaxalayıb.
Nicad Fərzəliyev ilkin olaraq Ceyhun Verdiyevə məxsus H.B.Əliyev küçəsində yerləşən mağazadan 140 manat pulu oğurlamaqda şübhəli bilinib. Lakin sonradan araşsdırmalar zamanı onun digər cinayət xarakterli əməlləri də məlum olub.
Araşdırma zamanı müəyyən edilib ki, o, martın 31-də H.B.Əliyev küçəsində yerləşən mağazada Asim Haqverdiyevə məxsus mobil telefonu oğurlayıb. Bundan başqa, aprelin 30-da 86 saylı xətt avtobusunda Malvina Bağırovanın əl çantasından 450 manat pulu talayıb.
Bundan başqa, Sevda Qasımovaya məxsus mağazanı, Rumiyyə Gənciyevanın əl çantasını, Vüqar Nəbiyevə məxsus 700 manatı, Dinar Məmmədovanın 380 manat və mobil telefon olan pul kisəsini oğurlayıb.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM