Bakının ən tıxaclı küçəsi genişləndirilir - ŞAD XƏBƏR

20:14 | 31.10.2014
Bakının ən tıxaclı küçəsi genişləndirilir - ŞAD XƏBƏR

Bakının ən tıxaclı küçəsi genişləndirilir - ŞAD XƏBƏR

Bakının Tbilisi prospektində - Seyid Cəfər Pişəvəri küçəsinin kəsişməsindən Rövşən Cəfərov küçəsinin kəsişməsinə qədər olan yol genişləndirilir.Adı çəkilən ərazidə yolun genişləndirilməsi işlərinin həyata keçirilməsi üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin texnikaları cəlb olunub.“Azəryolservis” ASC-nin ərazidə çalışan işçilərinin verdiyi məlumata görə, gələn ayın sonuna kimi işlər tam yekunlaşacaq: “Bu yol, Pişəvəri küçəsinin kəsişməsindən başlayaraq metronun “20 Yanvar” stansiyasının çıxışına kimi genişləndiriləcək. Pik saatlarında burda böyük tıxac yaranır. Məhz buna görə də yolun genişləndirilməsi üçün nazirlik tərəfindən göstəriş verilib”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM