Bakının mərkəzi yolları bağlıdır - Sürücülərin nəzərinə!

09:12 | 18.08.2014
Bakının mərkəzi yolları bağlıdır - Sürücülərin nəzərinə!

Bakının mərkəzi yolları bağlıdır - Sürücülərin nəzərinə!

Bakının Səbail rayonunda bir neçə mərkəzi küçədə avtmobillərin hərəkəti tam məhdudlaşdırılıb.

APA TV-nin məlumatına görə, Zərifə Əliyeva küçəsi Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinədək, Bülbül prospekti isə Üzeyir Hacıbəyov küçəsi ilə kəsişmədən Neftçilər prospekti ilə kəsişməyədək təmirə bağlanıb.

 Zərifə Əliyeva küçəsində asfalt örtüyü yenilənib və yolun bu gün açılacağı gözlənilir. Gecə saatlarında küçədə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsinə başlanılıb.Bülbül prospektində isə Zərifə Əliyeva küçəsi ilə kəsişmədən Neftçilər prospekti ilə kəsişməyədək təmir işləri başa çatıb. Prospektin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi ilə kəsişməyədək olan hissəsində köhnə asfalt örtüyü qaşınıb. Yaxın vaxtlarda həmin hissəyə yeni asfalt örtüyünün çəkiləcəyi gözlənilir. Qeyd edək ki, təmir işlərini Bakı Şəhər İcra Hakimiyyəti aparır.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM