Bakının mərkəzində 3 qadın küçədə cinayət törətdi

13:06 | 28.10.2014
Bakının mərkəzində 3 qadın küçədə cinayət törətdi

Bakının mərkəzində 3 qadın küçədə cinayət törətdi

Oktyabrın 27-də Nəsimi rayonunun Bülbül prospektində şəxsiyyəti məlum olmayan 3 nəfər Bakı şəhər sakini Nigar Zərgərlinin çantasını açıq talama yolu ilə almağa cəhd göstərib. ANN.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmin şəxslər paytaxt sakini Məhbubə Əliyevanı da döyüblər.
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakinləri Rasimə Abdullayeva, Məleykə Bəkirova və Gəncə şəhər sakini Gülnarə Abbasova saxlanılıb.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM