Bakının mərkəzində qaldırıcı kran aşdı - FOTO

13:42 | 27.11.2013
Bakının mərkəzində qaldırıcı kran aşdı - FOTO

Bakının mərkəzində qaldırıcı kran aşdı - FOTO

Bakının mərkəzində aparılan tikinti zamanı qaldırıcı kran aşıb.

Trend xəbər verir ki, Bakıda Hüseyn Cavid prospekti, 23 ünvanında yerləşən binanın fasadında aparılan təmir işləri zamanı qaldırıcı kran aşıb.

"MAN" markalı kran maşını "Space" teleradio şirkətinin qarşı tərəfində, "Bank Standart"ın filialının qarşısındakı səkiyə aşıb.

Hadisə texniki nasazlıq üzündən baş verib. Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM