“Baku CSR Conference - 2015” öz işinə başladı

15:32 | 15.10.2015
“Baku CSR Conference - 2015” öz işinə başladı

“Baku CSR Conference - 2015” öz işinə başladı

15 oktyabr 2015-ci il tarixində "Fairmont Baku” otelində davamlı inkişaf və korporativ sosial məsuliyyətə dair "Baku CSR Conference - 2015” konfransı "Caspian Event Organisers” ("CEO”) şirkətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilir.

Bu konfransı keçirməkdə məqsəd ölkədə cari vəziyyətin kompleks qiymətləndirilməsi, habelə bu sahənin inkişafı naminə müxtəlif strukturları arasında, özəl və qeyri-hökumət təşkilatları arasında dialoq və əməkdaşlığın genişləndirilməsindən ibarətdir. Konfransın aktuallığını belə bir fakt da təsdiqləyir ki, 2015-ci ilin sentyabr ayında BMT-yə üzv olan 193 dövlət tərəfindən "Dünyamızı dəyişək: 2030-cu ilə kimi davamlı inkişaf proqramı” adlı yeni proqramı razılaşdırıldı və həmin proqram 2030-cu ilə qədər yoxsulluğun aradan qaldırılması, bütün insanların rifah və əmin-amanlığının təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi üzrə 17 məqsədi ehtiva edir.

Davamlı inkişafa verilən töhfəni artırmaq zərurəti şirkətlərin qarşısına kompleks məsələlər qoyur və həmin məsələlər korporativ sosial məsuliyyət proqramının tətbiqi çərçivəsində öz həllini tapır. Biznesin sosial məsuliyyəti və ya korporativ sosial məsuliyyət (KSM) şirkətlər tərəfindən cəmiyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsində iştirak etmək barədə könüllü qərarın qəbul edilməsi üzrə yeni konsepsiyadır. Azərbaycanda bir sıra şirkət öz KSM strategiyasına malikdir və həmin strategiyalarda sosial-iqtisadi məsələlərin həlli, yerli icmalarda həyat keyfiyyətinin yaxşılaşdırılması, ictimai rifah, habelə ekoloji sabitliyin təmin edilməsi və ətraf mühitin qorunub saxlanması bəyan edilir.

"Baku CSR Conference 2015” konfransı davamlı inkişaf və korporativ sosial məsuliyyət sahəsində yerli və xarici metodikaların öyrənilməsi üçün əla meydançadır. Debüt konfransda 300 nəfər nümayəndə və 30 natiq iştirak edir. Konfransın nümayəndələri arasında Azərbaycanda fəaliyyət göstərən "SOCAR”, "Azercell”, "Access Bank”, "BP”, "EY”, "SAP”, "TeliaSonera”, "Təmiz Şəhər” və "XalqBank” kimi aparıcı şirkətlərin təmsilçiləri var. Konfransda həmçinin müxtəlif nazirliklərin və digər dövlət strukturlarının təmsilçiləri, eləcə də məsləhət şirkətləri, beynəlxalq təşkilatlar və xarici ekspertlər iştirak edir.

Plenar sessiyanın mövzusu "Davamlı inkişaf. Konsepsiya, qlobal trendlər və standartlar” adlanır. Konfrans əsnasında əsas müzakirə mövzuları isə: "Yaşil iqtisadiyyat. Dayaniqli infrastruktur. Davamli inkişafda elmin və innovasiyanin rolu. Özəl və dövlət sektorlarinin uğurlu əməkdaşliği”; "Ölkənin sağlam gələcəyinin aparici qüvvəsi olaraq effektiv gənclər siyasəti. Məhsuliyyətli və savadli gəncliyin formalaşmasinda universitetin rolu. Korporativ sektorla uğurlu əməkdaşliq. Strategiya, layihələr və çağirişlar”; "Kənd təsərrüfatinin davamli inkişafi üçün mövcud imkanlar və ölkə iqtisadiyyatinda yeri. Ərzaq təhlükəsizliyi. Təhlükəsiz ərzaq. Dəyər zəncirlərinin inkişaf etdirilməsi”. 5-ci və 6-cı panel müzakirələrinin mövzuları da müvafiq olaraq "Panel müzakirəsi: biznes daha yaxşi cəmiyyət naminə” və "İKT müəssisələrinin korporativ sosial siyasəti və cəmiyyətə sosial təsiri” adlanır. Sonuncu 7-ci iclasın mövzusu isə "Dövlət, QHT və korporativ sektorun davamli inkişafi. Əməkdaşliq, nailiyyətlər və perspektivlər”dir.

Konfransda Azərbaycan Respublikasi Gənclər və Idman Nazir Müavini İntiqam Babayev, SOCAR-ın İqtisadi məsələlər üzrə Vitse-prezidenti Süleyman Qasımov, Azərbaycan Respublikasının Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, "BP Azərbaycan” şirkətinin Vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Aparıcı Partnyor, Kembric Universitetinin professoru Veyn Visser, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində İqtisadi İslahatlar Elmi-tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, İqtisadi və sosial inkişaf mərkəzinin idarə heyətinin sədri Vüqar Bayramov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəleyinin proqram meneceri Olaf Heydelbax, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ("FAO”) nümayəndəsi Mustafa İmir, "AccessBank”-ın idarə heyəti sədrinin müavini Anar Həsənov və başqaları məruzə ilə çıxış edirlər.

Konfrans ətraf mühitin qorunması konsepsiyasının qaydalarına riayət edir və buna görə də, məruzələrin xülasəsi konfrans materiallarının elektron məcmusunda dərc ediləcək və həmin məcmunu tədbirin rəsmi veb-saytından www.csrconference.az və konfransın mobil cihazlar üçün nəzərdə tutulmuş tətbiqi proqramından yükləmək mümkündür.

Həmçinin, "Fairmont Baku” otelinin "Nizami Gəncəvi” zalında "Baku CSR Conference - 2015” konfransına həsr olunmuş sərgi keçirilir. Sərgidə "Azercell”, "AccessBank”, "ASAN Xidmət”, "EY”, "FAO”, SOCAR və Azərbaycan Milli Elmlər Akademiyası kimi şirkət və təşkilatlar, eləcə də bir sıra gənclər və qeyri-hökumət təşkilatları (QHT) iştirak edirlər. İştirakçıların stendlərində təşkilatların fəaliyyəti və davamlı inkişaf, habelə korporativ sosial məsuliyyət üzrə layihələri ilə tanış olmaq mümkündür. Sərgi çərçivəsində QHT-lərı, gənclər təşkilatları və "start-ap”lar potensial investorlar və iştirakçılar üçün öz aktual layihələrini təqdim edirlər.

Davamlı inkişaf və korporativ sosial məsuliyyət üzrə 1-ci Azərbaycan konfransının baş sponsoru SOCAR, bürünc sponsoru isə "Access Bank”-dır. Konfransın konsaltinq üzrə tərəfdaşı qismində "EY” şirkəti çıxış edir. "Baku CSR Conference - 2015” konfransına rəsmi dəstək BMT-nin İnkişaf Proqramı (UNDP Azərbaycan) tərəfindən göstərilir.

Beləliklə, "Baku CSR Conference” davamlı inkişaf və korporativ sosial məsuliyyət sahəsində yerli və xarici təcrübənin öyrənilməsi üçün unikal imkan yaradır. Konfransın keçirilməsi müxtəlif sektorlar arasında bu sahədə dialoqun genişləndirilməsinə kömək edəcək və Azərbaycanda davamlı inkişaf sahəsində gələcək tədbirlər üçün əlavə stimul olacaqdır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM