Bağlanan mağazalarla bağlı “28 Mall”dan açıqlama

11:57 | 06.09.2018
Bağlanan mağazalarla bağlı “28 Mall”dan açıqlama

Bağlanan mağazalarla bağlı “28 Mall”dan açıqlama

Sosial mediada "28 Mall” ticarət mərkəzində mağazaların bağlanması ilə bağlı xəbərlər yayılıb. Onlardan biri "Bazarstore” supermarketlər şəbəkəsinin "28 Mall” ticarət mərkəzində yerləşən filialı olduğu bildirilir.

Məsələ ilə bağlı ticarət mərkəzindən bizimyol.info-ya bildirilib ki, ilin əvvəlindən etibarən yeniliklər tətbiq edən "28 Mall” payız mövsümündə də ənənəsinə sadiqdir: "Daim aparılan bazar araşdırmaları, müştəri məmnuniyyət sorğuları nəticəsində tətbiq edilən yenliklərdə əsas məqsəd ticarət mərkəzinə gələn müştərinin burada bütün ehtiyaclarını ödəməsi, vaxt itirməməsi, axtardığını tapması və əylənə bilməsidir.

Bu prinsipi nəzərə alaraq 2018-ci ilin əvvəlindən etibarən bir sıra açılışlar olub. "Burger King”, "Paul”, "Jules” "Verne”, "Coffee House”, "Terranova”, "Skechers”, "Quiz” mağazaları istifadəyə verilib. Müştərilərin gündəlik üz tutduqları supermarket sahəsində də yenilənmə var, onlar artıq "Bravo Supermarket”ə gələ biləcəklər. Aparilan işlər sadacə qeyd edilənlərlə tamamlanmır. Daha yaxşı xidmət təklif etmək, müştərilərin gözlədiyindən də üstün işlər tətbiq etmək istiqamətində işlər hələ də davam edir”.

Qeyd edək ki, "28 Mall” 2012-ci il sentyabr ayının 15-də işə başlayıb. Burada 55 mağaza, 18 kafe və restoran, 15 kiosk, kinoteatr və uşaq əyləncə mərkəzi fəaliyyət göstərir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM